Ana səhifə / Araşdırma / Bu şirkətlər büdcədən 1 milyon 319 min manat yayındırıb – Siyahı

Bu şirkətlər büdcədən 1 milyon 319 min manat yayındırıb – Siyahı

Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyni pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

 

 

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

 

Saxta invoysda göstərilən qiymət Real qiymət            Fərq

 

1 “Define” MMC 27139,49 ABŞ dollar 38770,70 ABŞ dolları 11631,2 ABŞ dolları  
2 “Define” MMC 42040,54 ABŞ dolları 60024,2 ABŞ dolları 17983,66 ABŞ dolları  
3 “Yumaks” MMC 29463,86 Avro 87000 Avro 57536,14 Avro  
4 “Həsənoğlu LTD” MMC 18774,22 ABŞ dolları 54090,42 ABŞ dolları 35316,2 ABŞ dolları  
5 “Desplazado” MMC 49155 ABŞ dolları 149249,89 ABŞ doları 100094,89 ABŞ dolları  
6 “EPMSS Group” MMC 34476,3 ABŞ dolları 119976,56 ABŞ dolları 85500,26 ABŞ dolları  
7 “Star-SM” MMC    15709 ABŞ dolları 95552,8 ABŞ

dolları

79843,8 ABŞ dolları  
8 Cəbiyev Səxavət Balaxan oğlu 38280 ABŞ dolları 69135 ABŞ dolları 30855 ABŞ dolları  
9 “Aysberg BZ” LTD 64083 ABŞ dolları 134616 ABŞ dolları 70533 ABŞ dolları  
10 “Ximekspress-2000” MMC 12674 ABŞ dolları 28287,28 ABŞ dolları  15613,23 ABŞ dolları  
11 “Ximekspress-2000” MMC 10498,4 ABŞ dolları 23695,7 ABŞ doları 13197,3 ABŞ doları  
12 “Ximekspress-2000” MMC  7869,7 ABŞ dolları

 

 10371 ABŞ dolları  2501,3 ABŞ dolları  
13 “Aqrosel” MMC 4556 ABŞ dolları 34380 ABŞ dolları 29824 ABŞ dolları  
14 Zeynalov Həmzəağa 50634,16 Avro 153756,24 Avro 103122,08 Avro  
15 “Neo Conseption” MMC 17372,75 Avro 34374,9 Avro 17002,15 Avro  
16 “Biznes 2017” MMC 17492 Avro 24400 Avro 6908 Avro  
17 “Səma İstehsalat Kommersiya” 17004,5 ABŞ dolları 28479,36 ABŞ dolları 11474,86 ABŞ dolları  
18 “Legenda İB” 15615,97 ABŞ dolları 37865,26 ABŞ dolları 22249,29 ABŞ dolları  
19 “Vertikal Line” MMC 8328 ABŞ dolları 30350 ABŞ dolları 22022 ABŞ dolları  

Cədvəldən də göründüyü kimi ümumilikdə 548 min 639,99  ABŞ dolları   və 184 min 568,37  Avro vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.

Bundan başqa Bakı Baş Gömrük İdarəsi tərəfindən  aparılan araşdırmaların nəticəsi olaraq ünvanlarına daxil olan yükə aid saxta invoyslar təqdim edərək malların qiymətini azaltmağa çalışdıqları üçün 3 hüquqi və 1 fiziki  şəxs barəsində toplanan materiallar Cinayət Məcəlləsinin 206.1 maddəsinə əsasən DGK-nın İstintaq idarəsinə  göndərilib.  Belə ki,  idxal etdikləri malın qiymətini “FAVORİT SERVİS” MMC 29089,30 ABŞ dolları,  “SƏMA PLASTİK” MMC 15574,72 ABŞ dolları, “ULTRA PROQRESS” MMC 9450 ABŞ dolları və  ŞÜKÜROV ŞAHİN RAFİQ OĞLU 9261 ABŞ dolları məbləğində azaldıblar.

Saxta invoyslar təqdim edərək Gömrük ödənişlərindən yayınmağa yol verdiklərinə görə 3 şirkət barəsində isə toplanan materiallar İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Qaradağ rayon Məhkəməsinə göndərilib.  Belə ki, “Platinium-17” MMC tərəfindən saxta invoysda malın qiyməti 10000 ABŞ dolları məbləğində azaldılıb və 6077,22 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb, “Zoom” MMC tərəfindən saxta invoysda malın qiyməti 12000 ABŞ dolları məbləğində azaldılıb,  3724 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb, “Zoom” MMC  tərəfindən  daha bir idxal əməliyyatında malın qiyməti 15764,81 ABŞ dolları məbləğində azaldılaraq   4049,51 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb və”ABA Trading” MMC tərəfindən saxta invoysda malın qiyməti 4200 Avro məbləğində azaldılıb və nəticədə  6001,25 manat məbləğində vəsait gömrük ödənişlərindən yayındırılıb.

Dövlət Gömrük Komitəsi bir daha xatırladır ki, ölkəmizin gömrük orqanları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir və dövlət büdcəsinə ödənikləcək vəsaitləri gizlətməyə çalışanlara qarşı qətiyyətli mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …