Ana səhifə / Araşdırma / “Borcum var idi, bank sıxışdırırdı” – Oğurluğa başlayan müəllim (VİDEO)

“Borcum var idi, bank sıxışdırırdı” – Oğurluğa başlayan müəllim (VİDEO)

“Kiminsə halal zəhmətinə göz dikmək yaxşı deyil”
 
Sumqayıt şəhəri ərazisində ingilis dili müəllimi və tərcüməçi olan şəxs oğurluq edib.
Sumqayıt şəhər sakini Leyla Cəlilova evindən pul və qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə ərizə ilə müraciət edib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ceyhun Pənahoğlu Fyodorov yaxalanıb. Evi qarət edən Ceyhun mənzilə quraşdırılmış mühafizə kameralarının təsvirləri əsasında ifşa olunub.
Uzun müddət inglis dili müəllimi və tərcüməçi işədiyini deyən Ceyhun Fyodrov oğurluğa borclarını ödəmək üçün əl atdığını deyib:
“4 ay işsiz qaldım. Ali savadım olmasına baxmayaraq, fəhləlik elədim. İş tapa bilmədiyim üçün ustalıq öyrəndim. Düzdür, bu, mənim hərəkətimə haqq qazandırmır. Kiminsə halal zəhmətinə göz dikmək yaxşı deyil. Həmin vaxt elə oldu ki, nəfsimə yenildim. Kef üçün etməmişəm o hərəkəti. Dərk eləyirdim ki, o mənim pulum deyil. Sadəcə ailəm pis vəziyyətdə idi, borcum var idi, bank sıxışdırırdı”.
Ceyhun, zərərçəkmiş Leyla Cəlilovanın uşaqları ilə birlikdə evdən çıxıb məktəbə yollanmalarını gördükdən sonra mənzilə pəncərədən daxil olub və oradan pul və qızıl aparıb.
“Girdiyim evin qapı qonşusu ilə yaxın münasibətim var idi. Ağsaqqal kişi yaşayır orda, qazımız qurtarmışdı, getdim ondan 3 manat pul almağa. Qapını döydüm, açan olmadı. Bu vaxt gördüm ki, evinə girdiyim qonşu qapını bağlayıb, uşaqları ilə getdi. Səhəri günü girdim evə. Cəmi 600 manat pul götürdüm. 2 üzük idi, 1 cüt də sırğa. Düşünülmüş, planlaşdırılmış bir şey olsaydı, o evdə kameralar olduğunu əvvəldən bilərdim, indi də burada olmazdım”.
Faktla əlaqədar CM oğurluq maddəsi ilə başlanan cinayət işinin istintaqı davam edir. (Region TV)

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın