Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / BMT dünyada qaçqınların sayının artıdğını bəyan edir – 68 milyon…

BMT dünyada qaçqınların sayının artıdğını bəyan edir – 68 milyon…

“2018-ci ilin ortalarına qədər dünyada yaşadıqları yerlərdən məcburən köç edib, başqa ölkələrdən sığınacaq istəyən miqrantların sayı 68 milyona çatıb”.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınların işi üzrə Ali komissarlığından (UNHCR) məlumat verilib.

Qurumdan gələn informasiyaya əsasən, bu, 2017-ci ilin dekabrı ilə müqayisədə 300 min nəfər çoxdur.

“Alman dalğası” saytının bildirdiyinə görə, Almaniyadan sığınacaq almaq üçün ərizə verənlərin say 20 faiz azalıb. Belə ki, 2018-ci ilin ilk 6 ayı ərzində bu ölkəyə sığınmaq üçün gələnlər 81,8 min təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrünün göstəricilərindən (387,7 min) və 2017-ci ilin statistik rəqəmlərindən (101 min) xeyli azdır.

BMT-nin Qaçqınların işi üzrə Ali komissarlığı hazırda miqrasiya böhranının ən çox Livan və Banqladeşdə müşahidə olunduğunu bildirir.

Suriyadan qaçan hər üç insandan biri Türkiyəyə (3,6 milyon), Livana (968,1 min) və İordaniyaya (667, min) pənah aparıb.

Almaniyanın özündə isə 514 min suriyalı qaçqın yaşayır.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …