Şənbə , Oktyabr 20 2018
Ana səhifə / Araşdırma / “Biz axmağıq ki, dəyərli vaxtımızı əsgərlikdə keçirək?” – Adnan Oktar dosyesi

“Biz axmağıq ki, dəyərli vaxtımızı əsgərlikdə keçirək?” – Adnan Oktar dosyesi

Adnan Oktar qrupundakı kişiləri əsgərliyə getməkdən necə yayındırırdı?

Adnan Oktar qruplaşmasındakı qrup rəhbərlərindən biri istintaqa yeni ifadələr verib. Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, A.Oktar qruplaşmaya daxil olan gənclərə əsgərliyə getməmələri ilə bağlı təlimatlar verib. İstintaq çərçivəsində ifadə verən Ü.K., E.E., Ö.M. və Y.S.E. adlı şahidlər Oktarın əsgərliyə münasibəti ilə bağlı danışıb. Belə ki, A.Oktar əsgərlik yaşı gələn qrup üzvlərini əsgərliyə getməmələri üçün ölkə xaricinə göndərib.

Şahidlərdən Ü.K. bildirib ki, Oktar qrupdakı kişi üzvlərdən heç birinin əsgərliyə getməsini qəti şəkildə istəmir, əsgərlik yaşı gələnləri ölkə xaricinə göndərərək, orada çalışırmış kimi göstərirdi. Oktar qrupundakı “aslanlara” deyirmiş: “Biz axmağıq ki, dəyərli vaxtımızı orda keçirəcək? Nə gərək var əsgərliyə getməyə?”.

Image result for adnan oktar və aslanları

Ü.K. daha sonra aşağıdakıları bildirib: “Bu qruplaşmada heç kim əsgərlik çəkməyib. Təşkilata gəlməzdən öncə əsgərliyini etmiş çox az adam var. Mənim də əsgərlik yaşım gələndə Dubaya yolladı. Özümü də təşkilatın üzvü C.Y.-nin şirkətində çalışırmış kimi göstərdilər”.

Mövzu ilə bağlı ifadə verən daha bir şahid Y.S.E. də A.Oktarın onları davamlı şəkildə əsgərlikdən soyutduğunu bildirib. A.Oktar onlara deyib: “Oğlum, siz maymaqsınız? Siz mənə burda lazımsız. Ölmək üçün başqa adam tapsınlar”.

İfadə verən digər bir şahid Ö.M. isə bunları söyləyib: “Dəyərlər sistemi tamamən yox edilmiş, məntiq anlayışı ortadan qaldırılmış bu insanlar Adnan Oktarın nəzarətində sanki bir cinayət alətinə çevrilmişdilər. Millət və vətən hissləri tamamən ortadan qaldırılan cinayətkar qrup üzvləri ölkələri əleyhinə xarici dövlətlərlə münasibət qurmaqdan bir an belə geri durmayıblar”.

Həmçinin oxuyun

Alyaska ABŞ-a niyə satıldı? – ARAŞDIRMA

Sağlam düşüncəyə qarşı müqavimət göstərmək üçün həqiqətən böyük insan olmaq lazımdır. Fyodor M. Dostoyevski Alyaskanın …