Bir ildə 2790 azərbaycanlı qız türkə ərə gedib

Türkiyəli kişilərlə ailə quran azərbaycanlı qızların sayı durmadan artır.  2017-ci ildə əcnəbilərlə ailə quran türkiyəli kişilərin sayı 94 min 851, xarici vətəndaşlarla ailə quran türkiyəli qadınların sayı isə 17 min 883 nəfər olub.
Məlumata əsasən, türkiyəli kişilərlə evlənən qadınlar ən çox Suriyadan olub. Siyahının ikinci yerində isə azərbaycanlı xanımlar qərarlaşıb.
2017-ci ilin statistikasına əsasən, türkiyəli kişilərlə evlənən azərbaycanlı xanımların sayı 2 min 790, Türkiyə qızlarının ərə getdiyi azərbyacanlı kişilərin sayı isə cəmi 118 nəfər təşkil edib.
Türkiyədə xarici kürəkənlər isə daha çox Almaniya, Suriya, Avstriya, İngiltərə və Azərbaycandandır.(Qafqazinfo)
Zdrave universal kremi zdrave forte