Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Araşdırma / Baş Prokurorluq Rüfət Aslanlı ilə bağlı araşdırmaya başlayıb

Baş Prokurorluq Rüfət Aslanlı ilə bağlı araşdırmaya başlayıb

Baş Prokurorluq Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş sədri Rüfət Aslanlı ilə bağlı araşdırma aparır.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu bu gün mətbuat konfransında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.

Jurnalistin “Türkiyə vətəndaşı Mustafa Veysəl sizə müraciət edərək Rüfət Aslanlının dələduzluq yolu ilə onun 808 min manat pulunu mənimsədiyini bildirib. Rüfət Aslanlı ilə bağlı mətbuatda başqa səpkili yazılar da yayımlanır. Keçmiş rəhbərlə bağlı məsələ nə yerdədir?” sualına K.Əliyev istintaq sirrini qorumaqla qısa cavab verib: 

“İcazə verin mən Rüfət Aslanlı ilə bağlı suala cavab verməkdən yayınım. Çünki bu məsələ ilə bağlı araşdırma aparılır. Mən indi deyəcəyim sözlə gələcəkdə atılacaq addımı qarşılamış olaram. Hər hansı bir ifadəm istintaqa təsir edə bilər. Ona görə də araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, “Midek İnşaat Sanayi ve Dış Ticaret Ltd. Şti” şirkətinin nümayəndəsi Mustafa Veysel Güldoğan K.Əliyevə göndərdiyi şikayət məktubunun nüsxəsini redaksiyamıza təqdim edib.

Həmin yazı ilə burada tanış ola bilərsiniz.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …