Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / BAKIDA TOYLARIN EDİLDİYİ TANINMIŞ RESTORANLARIN ƏKSƏRİYYƏTİNİ ƏLƏ KEÇİRƏN FƏRİD VƏ PƏNAH KİMDİR?

BAKIDA TOYLARIN EDİLDİYİ TANINMIŞ RESTORANLARIN ƏKSƏRİYYƏTİNİ ƏLƏ KEÇİRƏN FƏRİD VƏ PƏNAH KİMDİR?

Bakı şəhərində fəaliyyət göstərən əksər şadlıq sarayları bir qrup tərəfindən maraqlı şəkildə manopoliyaya götürülür.  Proses bir ilə yaxındır ki, daha da sürətlənib. Bu maraqlı məlumatı Azinforum.az saytına uzun müddət şadlıq sarayı biznesində təcrübəsi olan, bu qəbildən olan  bir neçə tanınmış məkana rəhbərlik etmiş şəxslərdən biri  verib. Əslində, hansısa sahənin təmərgüzləşməsi, daha dəqiq desək , qeyri -bərabər rəqabət şəraiti hesabına bir əldə cəmləşdirilməsi bizim üçün o qədər də təəccüblü görünmədi. Çünki  iqtisadiyyatın bir çox sahələrində biz anoloji mənzərənin şahidi olmuşuq. Ancaq paytaxt şadlıq evləri ətrafında yaşanan mənzərə tam fərqlidir. Həmsöhbətimiz bu səylərin şadlıq evlərini bir ələ cəmləyənlərə iqtisadi fayda vermədiyi qənaətindədir:

“Mən uzun illərdir ki, bu sahədəyəm. Gözümün onündə olduqca maraqlı proses gedir.  Biz işlətdiyimiz şadlıq evinin maksimum nə qədər qazanc götürə biləcəyini bilirik. Hesablamamızda cuzi  fərq ola bilər. Ortaya çıxan bu qrup gəlib şadlıq evinin sahibinə elə fantastik  qiymət təklif edir ki,  sahibkar mat qalır. Əvvəl  şadlıq sarayını işlədən adamlardan onun büdcəsindən oğurluq etdiyi qənaətinə gəlir. Soyuq başla apardığı hesablamadan sonra, bir daha o qənaətə gəlir ki, nə qədər səy göstərsə də, onun öz məkanında təklif olunan qazancı çıxarması mümükün deyil. Ən nəhayət, sahibkar  daşı ətəyindən töküb öz məkanınını sözügedən qrupa icarəyə verir. İcarə uzun müddətə götürülür və 3 aylıq haqqı əvvəlcədən, nağd şəkildə ödənilir.   Restoranın işçi personalına dəyişilmir.  Bir çox hallarda onları başqa restoranın personalı ilə rotasiya qaydasında yerdəyişmə edirlər.  İcarəyə götürülən məkanın dekorasiyası yenilənir, bu işə də xeyli pul xərclənir. Bahalı toyların edildiyi restoranın imicini aşağı salmırlar. Toyu əvvəlkindən də ucuz qiymətə  etməklə menyunu  daha da  zənginləşdirirlər”.

Həmsöbətimizin sözlərinə görə, bu prosesdə artan dinamika nəzərə çarpır və artıq paytaxtın orta təbəqənin toy etməsi üçün nəzərdə tutulan bir çox restoranları həmin qrupun əlində cəmləşib:

” Hazırda nisbətən bahalı restoranların icarəyə götürülməsinə səylər göstərilir. Hətta bu istqamətdə  bəzi məkanlarla bağlı uğurlu razılaşmaların əldə edildiyi bildirilir.  Bizim hesablamalrımıza görə, həmin adamlar hələ ki, ziyanla işləyirlər. Ancaq bu  aləmdə yaşananlar həmin sahənin mütəxəsissləri tərəfindən təəccüblə izlənilir. Görək, sonu necə olacaq?”

Azinforum.az-ın apardığı araşdırmadan sonra məlum olub ki, bu prosesə əvvəlcə əslən Bakıdan olan Həsən adlı bir iş adamı rəhbərlik edib. Həsənin indiyə kimi paytaxtdakı bir çox tanınmış məkanları işlətdiyi bildirilir.  Bakı Əyləncə Mərkəzi kimi tanınmış prestijli yerin də idarəçilyi uzun müddət Həsənin əlində olub. Bir müddətdir ki, Həsən bu işdən ayrılıb və estafeti onun işçiləri əlinə  götürüb.  Hazırda bu işə onun Fərid adlı bacısı oğlu başçılıq edir.  Əvvəl bu maraqlı biznesdə  onlarla birgə olan , sonra isə müstəqil fəaliyyətə başlayan  Pənah adlı şəxsin Fəridin əsas rəqiblərindən olduğu deyilir.  Pənahın hazırda “8 km” ərazisindəki bir neçə restoranın idarəçiliyini əlinə keçirdiyi bildirilir. Bu biznesdə tanınmış bir müqəninin də,  Fəridin dəstəsinə köməklik etdiyi və əldə olunan qazancdan ona da  pay düşdüyü söylənilir. Mövzuya qayıdacayıq…

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …