Bakıda müəssisə rəhbərinə qarşı 155 min manatlıq dələduzluq edilib

Bakıda boya istehsal edən müəsisənin rəhbərinə qarşı dələduzluq edilib.

“Report”un xəbərinə görə, Xətai rayonu Nobel prospektində yerləşən “Yurd-F” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru 1972-ci il təvəllüdlü Qasımov Mehdi Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək ona qarşı dələduzluq edildiyini bildirib.

M.Qasımov qeyd edib ki, 2016-ci il yanvar ayında satış meneceri 1987-ci il təvəllüdlü Səbuhi Atayev 155 382 manat dəyərində boya məhsullarını sataraq pulunu mənimsəyib.

Qeyd edək ki, boya müəsisəsi 1991-ci ilin oktyabrında “YURD” kiçik müəsisəsi kimi fəaliyyət göstərib. 2011-ci ildən etibarən “Yurd-F” MMC kimi fəaliyyətini davam etdirir.
Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Zdrave universal kremi zdrave forte