Cümə axşamı , Sentyabr 20 2018
Ana səhifə / Araşdırma / Bakıda mərasim evində kazino açdılar- GİZLİ ÇƏKİLİŞ

Bakıda mərasim evində kazino açdılar- GİZLİ ÇƏKİLİŞ

Bakıda qanunsuz fəaliyyət göstərən kazino aşkarlanıb.

Moderator.az-ın məlumatına görə, bu barədə hüquqşünas Aslan İsmayılov sosial şəbəkədə məlumat və video paylaşıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 27 yanvar 1998-cı il tarixli, №730 saylı Sərəncamı ilə Azərbaycan xalqının mənəviyyatına və adət-ənənələrinə zidd əxlaqi keyfiyyətlər aşılayan kazinoların, totalizatorların, pul uduşlu oyunlar keçirilən obyektlərin və əyləncə yerlərinin fəaliyyətləri dayandırılıb.

Buna baxmayaraq Yeni Yasamal, Dadaş Bünyadzadə küçəsi, Gülüstan Şadlıq Sarayı ilə üzbəüz, vida mərasim zallarının birinci mərtəbəsində qanunsuz olaraq kazino fəaliyyət göstərir.

Həmçinin oxuyun

Qaraçuxurda velosipedlə yolu keçən uşağı maşınla vurub babasını döyən kimdir

Bakının Qaraçuxur qəsəbəsində məhəllədaxili yollardan birində sürətlə hərəkət edən avtomobil velosipedlə yolu keçən azyaşlını vurub. …