Ana səhifə / Araşdırma / “Bakıbus” avtobuslarındakı yaddaşda Xankəndi niyə qeyd olunmur? – FOTO

“Bakıbus” avtobuslarındakı yaddaşda Xankəndi niyə qeyd olunmur? – FOTO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 Aprel 2014-cü il tarixli 92 saylı qərarına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılmış  “Bakıbus” MMC  paytaxtımızda sərnişinlərə avtobus nəqliyyatı sahəsində beynəlxalq standartlara uyğun xidmətin təşkili, bu sahənin müasir tipli nəqliyyat vasitələri ilə təchiz edilməsi sahəsində böyük işlər görmüşdür. Bəzi marşrutlardan şəhərdəki tıxaclar, eyni zamanda xəttə buraxılan avtobusların sayının az olması səbəbindən gecikməsi və ya həddindən  artıq sıxlıqdan  şikayətlər olsa da, bütövlükdə əhali “Bakıbus”un xidmətindən razıdır.
“Bakubus”un şəhər nəqliyyat sisteminə gtirdiyi daha bir təqdirəlayiq yenilik avtobuslardakı elektron lövhələrdə əlamətdar və hüzn günlərinin qeyd olunması, eləcə də işğal altındakı bölgələrimizə aid “Qarabağı unutma” başlığı altlnda qan yaddaşının  verilməsidir.  Bu, özlüyündə vətənpərvər bir addımdır. Lakin maraqlıdır ki, işğal altındakı digər şəhər və bölgələrimizin adı çəkilsə də,  “Bakıbus” avtobuslarındakı həmin yaddaşda  27 dekabr 1991-ci ildə azərbaycanlıların  tamamilə qovulması və bitişik Kərkicahan qəsəbəsinin də zəbt edilməsi nəticəsində bütövlükdə erməni işğalçı və separatçılarını nəzarətinə keçmiş Xankəndi şəhərinin adı çəkilmir. Belə çıxır ki, ya Xankəndi işğal olunmayıb, ya da bu şəhər Azərbaycana aid deyil…
“KarabakhTV” olaraq bunun səbəbini şirkətin rəsmi “Facebook” səhifəsi vasitəsilə aydınlaşdırmağa çalışdıq. “Bakıbus”MMC-dən belə cavab gəldi:  “Siyahı rəsmi saytlardan götürülmüşdür. Bununla əlaqədar aiddiyatı qurumlara müraciət edə bilərsiniz”. “Konkret hansı rəsmi qurumlardan söhbət gedir?” sualına isə “Bu haqda bizdə məlumat yoxdur” cavabı gəldi…
Yəqin ki, yazımızdan sonra “Bakubus”un tabeliyində olduğu Bakı çəhər İcra Hakimiyyəti də məsələ ilə  maraqlanacaq. Çünki söhbət Azərbaycanın işğal altında olan iri bir şəhərindən gedir…
Maraqlıdır ki, ümumiyyətlə, 2000-ci  illərin ortalarınadək  bəzi KİV və nəşrlərdə,  eləcə də Təhsil Nazirliyinin  nəşr etdirdiyi məktəbli kitabçalarındakı yaddaşda da nədənsə Xankəndi unudulmuşdu. Mətbuatdakı kəskin reaksiyalardan sonra bu səhv düzəldildi…

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …