Ana səhifə / Araşdırma / “Bakı Metropoliteni”nə korrupsiya ittihamı: qurum sualları cavabsız qoydu

“Bakı Metropoliteni”nə korrupsiya ittihamı: qurum sualları cavabsız qoydu

Bu günlərdə “Bakı Metropoliteni” QSC açıqlama yayaraq metronun “Xətai” stansiyasının təmirə bağlandığını bildirdi. Qurumun açıqlamasında qeyd edilirdi ki, stansiya təxminən 1 il müddətinə bağlı qalacaq.

Azinforum.az verir ki, tanınmış hüquqşünas Fərhad Mehdiyev metro stansiyalarında aparılan təmir və yenidənqurma işləri ilə bağlı bir sıra qaranlıq məqamların olduğunu açıqlayıb. Onun sözlərinə görə, həyata keçirilən təmir-yenidənqurma işlərinin reallaşdırılması problemlə müşahidə olunur: “Metro idarəsi korrupsiya və pis idarəçilik praktikasına davam edir. Daha əvvəl bu hal “Sahil” stansiyasında müşayiət olunmuşdu. Heç bir tender elan olunmadan indi də “Xətai” stansiyasi nə az, nə çox 1 illik müddətə təmirə dayanır. Nə qədər pul xərclənəcək? Hansı işlər görüləcək? Bütün bu məlumatlar ictimaiyyətə açıqlanmır. 3 dənə eskalatoru dəyişmək üçün niyə 1 il lazımdır? Büdcənizdə pul yoxdursa niyə başlayırsınız? Pulunuz varsa, quraşdırma və tikintidə təcrübəsi olan şirkətləri niyə cəlb etmirsiniz ki, tenderlə ən sərfəli formada bunu həyata keçirəsiniz? Smeta çıxarmısınızmı? Kimlərə kotirovka sorğusu göndərmisiniz? Bu ölkədə yeyib-dağıtmaq bu qədər sərbəstdirmi?”
F.Mehdiyevin ünvanladığı suallar kifayət qədər ciddi ittihamlar deməkdir. Lakin təəssüflər olsun ki, həmin suallara cavab almaq üçün müraciət etdiyimiz “Bakı Metropoliteni” QSC bizi cavabsız qoydu.

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …