Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / “Azərenerji” ASC-də kütləvi ixtisarlar?

“Azərenerji” ASC-də kütləvi ixtisarlar?

Son bir ay ərzində “Mingəçevir” SES-in və “Varvara” SES-in mühafizəsini həyata keçirən hərbiləşdirilmiş mühafizə dəstəsinin işçiləri kütləvi şəkildə işdən çıxarılır. Virtualaz.org xəbər verir ki, işdən çıxarılanların şikayətləri sosial şəbəkələrdə və bəzi internet KİV-lərində yer alıb.

Şikayətlərdə deyilir ki, “Azərenerji” ASC-nin indiki rəhbəri Baba Rzayevin göstərişi ilə heç bir tutarlı səbəb olmadan hərbiləşdirilmiş mühafizə dəstəsinin 60-a yaxın işçisi işdən çıxarılıb. Onlara işdən çıxmaq haqda könüllü ərizə yazmaq təklif edilir, bildirilir ki, könüllü ərizə yazmayanlara heç bir ödəniş edilməyəcək. İşdən çıxarılma prosesinin davam etdiyi bildirilir.

İşdən çıxarılanlar Azəbaycan prezidentinə və Birinci vitse-prezidentə şikayət məktubları göndəriblər. Şikayətçilər bildirilər ki, “Azərenerji” ASC-nin yeni rəhbərliyi onların ailələrini ac qoyub.

İşdən çıxarılanlar deyirlər ki, mühafizəçilərin ixtisarını həmin strateji obyektlərin ətrafına qoruyucu hasarların çəkilməsi və bütün perimetr boyu videomüşahidə kameralarının qoyulması ilə izah edirlər. Əslində isə heç bir hasar və videomüşahidə sistemləri yoxdur.

Xatırladaq ki, “Azərenerji” ASC-nin rəhbəri dəyişdiriləndən sonra bu səhmdar cəmiyyətin qarşısında ölkənin elektrik enerjisi infrastrukturunda yeni qəzaların baş verməsinin qarşısını almaq üçün modernizasiya işləri aparmaq vəzifəsi qoyulub. Prezident İlham Əliyev bu məqsədlə ASC-yə bir neçə dəfə iri məbləğlərdə vəsaitlər ayırıb.

Hələlik isə yenidənqurma, modernizasiya işlərinin “Azərenerji” ASC-nin baş ofisindən başladığı, orada lüks təmir getdiyi, bütün mebellərin yeniləndiyi bildirilir.V

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …