Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda anadan olan uşaqlara ən çox verilən adlar hansılardır?

Azərbaycanda anadan olan uşaqlara ən çox verilən adlar hansılardır?

2018-ci ildə Azərbaycanda yeni doğulan oğlan uşaqlarına daha çox Yusif, qız uşaqlarına isə Zəhra adı qoyulub.

Ötən il Azərbaycanda 2 505 oğlana Yusif, 2 129 oğlana Əli, 1 929 oğlana Hüseyn, 1 569 oğlana Ömər, 1 381 oğlana Məhəmməd adı qoyulub.

Ötən il oğlanlara çox qoyulan adlar sırasında Murad, Uğur, Ayxan, Tunar, İsmayıl və s. də olub.

2018-ci ildə 2 515 qıza Zəhra, 1 700 qıza Nuray, 1 408 qıza Fatimə, 1 604 qıza Zeynəb, 1 610 qıza Aylin, 1595 qıza Məryəm adları verilib.

Qızlara qoyulan adlar sırasında isə Mələk, Ayan, Dəniz, Mədinə, Xədicə, Leyla və s. də yer alıb. (Trend)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …