Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Azərbaycanda 112 qadın özünü öldürməyə məcbur olub

Azərbaycanda 112 qadın özünü öldürməyə məcbur olub

“2018-ci ilin 9 ayı ərzində məişət zorakılığı zəminində baş verən 678 cinayət faktı qeydə alınıb”.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov “Qadınlara və Qızlara qarşı zorakılığa Son” 16 günlük Fəallıq Kampaniyasına həsr olunmuş konfransda deyib.

O bildirib ki, bu ilin ötən dövründə qeydə alınan cinayət faktlarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır: “Məişət zəminində baş verən cinayətlər nəticəsində özünü öldürənlərin 112 nəfəri qadındır ki, onların da 11 nəfəri azyaşlı qızlardır”.

“Məişət zorakılığına məruz qalan qadınlar üçün “Qaynar xətt”in yaradılmasına ehtiyac var”.

Konransda Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı da çıxış edib.

O bildirib ki, qadın zorakılığına qarşı mübarizə bütün sferalarda aparılmalıdır: “Televiziyalarda maarifləndirici verilişlərin sayı artırılmalıdır”.

A.Naxçıvanlı qeyd edib ki, Azərbaycanda ailə məsələləri ilə bağlı ixtisaslaşmış məhkəmə strukturları yaradılmalıdır.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …