Ana səhifə / Araşdırma / Azərbaycan şirkətlərinin çoxu maaş hesablanarkən inflyasiyanı nəzərə almır

Azərbaycan şirkətlərinin çoxu maaş hesablanarkən inflyasiyanı nəzərə almır

“Deloitte Azerbaijan” audit şirkətinin keçirdiyi sorğuya əsasən, respondentlərin (şirkət rəhbərləri və nümayəndələri) 58%-i əmindir ki, işçilərinin sayı indiki səviyyədə qalacaq.

Sorğunun nəticələri göstərir ki, respondentlərin 21%-i işçilərinin sayının 10% artacağını proqnozlaşdırdığı halda, digər 21%-i personalın 6% azalacağına əmindir.

Sorğu iştirakçılarının 42%-i orta aylıq əmək haqqının artacağına arxayındır. Onların fikrincə, artım 6% səviyyəsində olacaq.

Aparılan sorğu üzə çıxarıb ki, şirkətlərin 58%-i əmək haqqının hesablanması zamanı inflyasiya amilini nəzərə almır. “Bu isə işçilərin real gəlirlərinin azalması ilə nəticələnir”, – deyə sənəddə vurğulanır.(APA)

Həmçinin oxuyun

AYNA-nın “menecer”i Anar Rzayev millətin başında qoz sındırmalıdır? – ETİRAZ

Paytaxtda parkinq qiymətlərinin artırılması narazılıq yaradıb. Problem təkcə qiymət artımı deyil, həm də yer “parkovka” …