Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Araşdırma / Azərbaycanlı “qanuni oğru” Türkiyə döyüldü – eksklüziv fotolar (16+)

Azərbaycanlı “qanuni oğru” Türkiyə döyüldü – eksklüziv fotolar (16+)

Azərbaycanlı  “qanuni oğru” Rafiq Eyvazov Türkiyədə döyülüb.
Musavat.com-a xəbər verən mənbənin dediyinə  görə, R.Eyvazovun döyülməsinin dəqiq səbəbi məlum  deyil, amma böyük ehtimalla buna səbəb azərbaycanlı kriminallar arasında son aylar qızışan “razborka”dır.
Qeyd edək ki, R.Eyvazov  kriminal aləmdə  “Masallı Rafiq” kimi tanınır. O, bir neçə il bundan əvvəl həbsxanada serrozdan vəfat etmiş “qanuni oğru” Məmməd  Hüseynovun (“Masallı  Mamed”) uzaq qohumudur.  2013-cü ildə R.Eyvazov Bakıda silahla  tutulmuşdu. O zaman Rusiyanın  “Praym kraym” nəşri bu həbslə bağlı sensasion bir xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki,  R.Eyvazovun  “taclandırılması” müəyyən şərt daxilində həyata keçirilib. Bu şərt isə ondan ibarət imiş ki, R.Eyvazov  “qanuni oğru” adı aldıqdan sonra həbsxanaya girməli, burada isə “Lotu Quli” ləqəbli Nadir Səlifova “problem yaratmalı” imiş.  İddia edilirdi ki, R.Eyvazov həbsxanaya qəsdən göndərilir ki, “zon”da “qanuni oğru”nun “Quli” nin deyil, onun olduğu sübuta yetirilsin. 2013-cü ilin martında həbs edilən R.Eyvazov haqda bundan sonra heç bir məlumat olmayıb. Onun hansı cəza aldığı, harada cəza çəkdiyi barədə xəbər ictimailləşməyib. Amma göründüyü kimi,  R.Eyvazov hazırda azadlıqdadır və Türkiyəyə yerləşib.
 
Onun məhz Türkiyədə döyülməsi də diqqət  çəkir. Bu ilin avqustunda Rövşən Canıyev (“Rövşən Lənkəranski”) Türkiyədə qətlə yetirdikdən  sonra bir-birlərini qəbul etməyən azərbaycanlılar arasında kriminal “razborka” daha da qızışıb. “Lənkəranski” nin Türkiyədəki obyektləri  uğrunda da ciddi mübarizə gedir. 
“Quli” tərəfdarları hələ ki, “Lənkəranski”nin buradakı nəzarət etdiyi obyektlərə öz iddialarını ortaya qoymayıblar. Amma sirr deyil ki, “Quli”nin qardaşı – “qanuni oğru” Namiq Səlifov bir neçə ildir Türkiyədə yaşayır. “Lənkəranski”nin qətli günü yanında  olan “qanuni oğru” “Hacı Beyləqanski” kimi tanınan Hacı Talıbxanlı da hadisədən bir müddət sonra azadlığa buraxılıb.  Son illərdə H.Talıbxanlı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayırdı. Belə xəbərlər var ki, o da Türkiyədə qalmaq və “Lənkəranski”nin obyektlərinə nəzarət etmək  istəyindədir. Bu obyektlər uğrunda mübarizə tərəflərindən hər hansı birinə yaxın olmaq isə indi olduqca təhlükəlidir…



VIPedu.BIZ

Həmçinin oxuyun

Arvadını 5-ci mərtəbədən atan yüksək vəzifəli şəxs bu məşhurun qohumudur – FOTO

Ötən gün həyat yoldaşını qətlə yetirən Taxveli Ramiz Pərviz oğlu tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR …

Bir cavab yazın