Çərşənbə , Noyabr 14 2018
Ana səhifə / Araşdırma / Azərbaycanda 77 mindən çox qız 18 yaşı tamam olmamış ailə qurub

Azərbaycanda 77 mindən çox qız 18 yaşı tamam olmamış ailə qurub

Son 28 ildə Azərbaycanda 77 997 nəfər qız 18 yaşı tamam olanadək rəsmi nikaha daxil olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, son 28 il ərzində hər il orta hesabla yaşı 18-dək olan 2785 qız rəsmi nikaha daxil olub. Yaşı 18-dək rəsmi nikaha daxil olan qızların sayında ən yüksək göstərici 1993-cü ildə olub. Həmin ildə 5044 qız yaşı 18 olanadək rəsmi nikaha daxil olub.

Son 28 ildə Azərbaycanda 683 nəfər oğlan (hər il orta hesabla 24 nəfər) 18 yaşı tamam olanadək rəsmi nikaha daxil olub.

Ötən müddətdə 18 yaşadək ailə həyatı quran oğlanların sayında ən yüksək göstərici 1993-cü ildə qeydə alınıb.

Həmin ildə 56 oğlan 18 yaşı tamam olanadək evlənib. Sonrakı yüksək göstəricilər 1997, 2005, 2006-cı illərdə qeydə alınıb. Həmin illərdə bu göstəricilər müvafiq olaraq, 50, 48 və 50 olub.

2012-ci ildən isə 18 yaşadək rəsmi nikaha daxil olanların sayı nəzərəçarpacaq dərəcədə azalmağa başlayaraq 2017-ci ildə 1-ə enib. Azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün kişilərdə və qadınlarda minimum yaş həddinin 18 müəyyən edilməsi olub. (Trend)

VIPedu.BIZ

Həmçinin oxuyun

Xalçalarımız niyə satılmır? – “Azərxalça” rəhbərliyi cavab tapa bilmir

Azərbaycan xalça istehsalı sürətlə artsa da, istehsal edilən xalçaların satışında problemlər müşahidə olunur. BakuPost-un məlumatına …