Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Araşdırma / Ağcabədi şefindən orta əsr cəzası: – iclasa gecikənləri küncə qoydu

Ağcabədi şefindən orta əsr cəzası: – iclasa gecikənləri küncə qoydu

Ağcabədidə kuryoz hadisə olub. İcra başçısı Şahin Məmmədov iclasa gecikdiyinə görə bələdiyyə sədrini və icra nümayəndəsini danlayıb

FİA.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə status paylaşıblar. İcra hakimi məmurları cəzalandırıb. Hətta onları uşaq kimi küncə qoyduğunu iddia edirlər.

Ş.Məmmədov yerli icra nümayəndələrini, bələdiyyə sədrlərini boğaza yığıb. Onlar şikayət məktublarını anonim şəkildə Prezident Administrasiyasına göndərirlər.

İcra hakiminin qeyri-rəsmi tələbləri, onlarla kobud danışması, günlərini qara eləməsi çinovnikləri bezdirib.

İclasa gecikdiyinə görə də iki məmurun cəzalanması orta əsr qaydalarına uğyun həyata keçirilib. Ş.Məmmədovla birgə müavini Rövşən Əhmədov da icra məmurlarını cana doydurub.

Aprel seçkilərindən sonra Ağcabədi icra hakimiyyəti başçısı postuna dəyişiklik ediləcəyi gözləntisi var.

PA-ya gedən məktublar və mətbuatda çıxan yazılar yuxarılar tərəfindən nəzarətə götürülür, araşdırılır. Ağcabədi rayonu problemlər girdabında boğulur.

İcra başçısı Şahin Məmmədov əlini ağdan qaraya vurmayıb. Onun rəhbərliyi dövründə Ağcabədi rayonu inkişafdan geri qalıb ki, bu yuxarıları da narazı salıb.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı yazdığı məqalədə təkrar müraciətlər olan rayonlar arasında Ağcabədinin də adını çəkib.

Rayonun bütün qəsəbə və kəndlərinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidənqurulmasına ehtiyac var.

Rayonda 16 yeni məktəb binasının tikintisi, səhiyyə ocaqlarının inşası, 4 məktəbin əsaslı təmiri və uşaq bağçalarında yenidən qurulmasına və əsaslı təmir işlərinin aparılmasına ehtiyac var.

Rayonun bütün mərkəzi və məhəllədaxili yollarının asfaltanması, mərkəzi küçələrinin yenidənqurulması, abadlıq işlərinin intensivləşdirilməsi lazımdır.

Yeni istirahət parklarının salınması, əhalinin sossial problemlərinin həlli isdiqamətində təxirə salınmaz tədbirlərin həyata keçirilməsi labüddür. Hətta bu problemlər Ağcabədi RİH-nin rəsmi saytında da qeyd olunub.

FİA.Az xatırladır ki, icra başçısı aqrar sektoru inkişaf etdirməyib, rayona ayrılan pulları abadlıq yerinə, öz şəxsi həyatının abadlığına sərf edib, xarici investorları cəlb edə bilməyib.

Bundan əlavə, Ağcabədi icra başçısı barədə müxtəlif kompromat materiallar və ittihamlar irəli sürülüb.

İttihamlardan biri budur ki, Şahin Məmmədov Kür qırağında Ağcabədi rayonunun Sarcalı kəndinə məxsus olan 3 min hektar qış otlaq sahəsinin təyinatı dəyişdirərək camaatdan alıb hansısa şirkətə satıb.

Ş.Məmmədov belə güman edir ki, o bütün Ağcabədini sata bilər. Ağcabədi rayonun Kəbirli kəndindən də 2800 hektar torpaq satıb.

Şahin Məmmədov Azərbaycan Respublikasının Prezidenti abadlıq üçün ayırdığı pulları mənimsəyib.

Abadlıq işlərini sahibkarlara, mağaza sahiblərinə, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara və s. gördürərək Prezident tərəfindən milyonlarla ayrılmış pulları silib.

Rayonun Avşar kənd sakini Kərimov Elqayıt Heydər oğlunun müxtəlif dövlət qurumlarına müraciətində də deyilirdi ki, İH-nin fondundan saxta tender yolu ilə külli miqdarda pullar mənimsənilib.

Şahin Məmmədov vəzifəsindən istifadə edərək Ağcabədidə, Bərdədə və Gəncədə pay torpaqlarında böyük evlər tikdirib.

Onun eyni zamanda Daşkəsəndə Xoşbulaq yaylağında bir villası, Bakı şəhərində isə sayı məlum olmayan villa, ev və obyektləri var.

Hüsülü Qiyamaddınlı yolun təmirinə 5 milyon manat pul ayrılmış, həmin işi Ağcabədi rayon yol tikinti idarəsi tərəfindən görüldüyü halda həmin yolun tikintisini Şahin Məmmədova məxsus olan “Fərid MMC” tərəfindən sənədləşdirərək pullar mənimsənilib.

Ağcabədinin gəliri 8 milyon 375 min olduğu halda icra başçısı rayona 24 milyon 855 min 832 manat guya vəsait xərclənməsi haqda sənəd təqdim etdirib.

Arada qalan təxmini 16 milyon isə büdcədən dotasiya alıb.

RİH-nin mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək?

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum …