Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Araşdırma / 50 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlandı – Video

50 tona yaxın kartofda zərərli orqanizmlər aşkarlandı – Video

Cənub Ərazi Baş Gömrük İdarəsi Biləsuvar gömrük postunda İrandan Azərbaycana “Gülü-80” MMC tərəfindən 30 E401-10 /30 E402-10 və 84B969-10/84B970-10 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilləri ilə gətirilən hər birində ümumi çəkisi 24700 kq olan kartof məhsuluna “Biləsuvar” gömrük postunda risklərin təhlili əsasında ilkin baxış keçirilib. 

Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, məhsulda potensial təhlükə törədə bilən kartof güvəsinin olması şübhəsi yaranıb.

Bununla əlaqədar”Biləsuvar” gömrük postuna dəvət edilən Qida Təhlükəsizliyi Agentliyinin Cəlilabad Regional bölməsinin nəzdində Fitosanitar Nəzarəti sektorunun mütəxəsisləri tərəfindən birgə fitosanitar karantin baxışı keçirilərkən məhsulda potensial təhlükə törədə bilən kartof güvəsi “Phthorimaea operculella Zell” izləri aşkar edilib. Aşkar olunan zərervericinin təsdiq edilməsi üçün nümunə götürülərək Bakı Regional 2 saylı sınaq laboratoriyasına göndərilib və təsdiqini tapıb.

Bununla əlaqədar, Gömrük Məcəlləsinin 14-cü fəslinin və “Fitosanitar nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (idxal olunan bitki və bitkiçilik məhsullarında zərərli orqanizimlərin sirayətlənmə riski yüksək olduğu üçün) tələblərinə əsasən qeyd olunan hər iki avtomobil müvafiq araşdırma aparılması üçün “Biləsuvar” gömrük postunda saxlanılmış və ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

 

Həmçinin oxuyun

Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır – Vəzifədə qalmaq üçün 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev tutduğu …