29 Aprel 2017, Şənbə

ANS-in əməkdaşları yeni telekanala keçdilər – Təyinatlar

15:35 | 10.01.2017
519 dəfə oxundu

Yayımı dayandırılan ANS TV-nin işsiz qalan jurnalistləri “İnterAz” internet televiziyasına keçib.
Publika.az-ın məlumatına görə, artıq ANS TV-nin keçmiş əməkdaşları – Vüsal Süleyman, Kəmalə Əlisgəndərqızı, Məmmədağa Vəliyev, Azər İsrafilov, Vəfa Təyyarqızı, Sevinc Eminzadə və digərləri “İnterAz” TV-də işə başlayıblar.
Keçmiş ANS-çi Kəmalə Əlisgəndərqızı “İnterAz”ın Xəbərlər bölməsinin rəhbəri təyin edilib, Vüsal Süleyman isə idman bölməsindən siyasət bölməsinə keçirilib.
Eyni zamanda “İnterAz” TV-nin əvvəlki əməkdaşlarının əksəriyyətinə də yeni iş yerləri axtarmaları barədə xəbərdarlıq edilib.
“İnterAz” rəhbərliyi bundan sonra TV-nin “ANS” kimi xəbərə daha çox üstünlük verəcəyini bildirib.