Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Ziyafət Əsgərovun qardaşı istefasından DANIŞDI: “Bu sahə nifrət olunası bir sistemdir”

Ziyafət Əsgərovun qardaşı istefasından DANIŞDI: “Bu sahə nifrət olunası bir sistemdir”

Xəbər verdiyimiz kimi, Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov istefa verib.

Əli Əsgərov vəzifəsindən getməsinin səbəbiniUnikal.org-a açıqlayıb.

Sabiq sədr bildirib ki, pensiya yaşına çatmağına hələ üç il qalmasına baxmayaraq öz istəyi ilə işdən çıxıb:

“Mən uzun illər müalicə həkimi işləmişəm. Təsadüfən Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsinə təyinat almışdım. Hesab edirəm ki, komissiyanın işi işləniləsi deyil, nifrət olunmalı bir sistemdir. Qismət eləydi. İş elə gətirdi ki, gəlib burada da çalışdım”.

Ə.Əsgərov bundan sonra fəaliyyətini həkim kimi davam etdirəcəyini də istisna etməyib: “Hələlik heç yerdə çalışmıram. Qismətimi gözləyirəm. İnşallah hər şey yaxşı olacaq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …