Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Ziya Məmmədovun qohumunun daha bir marşrutu əlindən alındı

Ziya Məmmədovun qohumunun daha bir marşrutu əlindən alındı

Noyabrın 22-dən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin 20.11.2018 tarixli müvafiq sərəncamına əsasən 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin müvəqqəti istimarına dair “Ayşən LTD” MMC ilə imzalanan müqaviləyə də xitam verilib.

Xatırladaq ki, “Ayşən LTD” MMC-yə məxsus marşrutlarda ciddi problemlərin olması ilə bağlı məlumatlar mətbuatda dəfələrlə işıqlandılıb. Ötən ayın əvvəlində MMC-yə məxsus 160 saylı marşrut avtobusu qatarla toqquşmuşdu və nəticədə 3 nəfər ölmüş, 30-dan çox sərnişin yaralanmışdı. Bundan sonra araşdırmalara başlanılıb və BNA 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən “Ayşən LTD” MMC ilə bağlanan müqaviləyə xitam verib. Noyabrın 10-dan 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə “Çinar-Trans” MMC tərəfindən yeni avtobuslarla xidmət göstərilir.

Qeyd edək ki, 133 və 88 saylı marşrut xətti də “Ayşən LTD” MMC-yə məxsusdur. Son illərədək 7 marşut xəttinə sahib olan şirkətin direktoru İradə Əliyeva keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qohumudur.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …