Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Ziya Məmmədovun bacısı xəstəxanaya yerləşdirildi – Təhsil Nazirliyi “repressiya”ya davam edir

Ziya Məmmədovun bacısı xəstəxanaya yerləşdirildi – Təhsil Nazirliyi “repressiya”ya davam edir

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” nun verdiyi məlumata görə, M. Məmmədova işində yol verdiyi nöqsana və haqqındakı rüşvətalma ittihamına görə vəzifəsindən uzaqlaşdırılıb.

Amma məsələnin əsas mahiyyəti, yəni pərdəarxası məqamları başqadır.

Yenicağ.az-ın Məmmədovlar ailəsinə yaxın olan etibarlı mənbədən əldə etdiyi məlumata görə, Təhsil Nazirliyinin sektor müdiri Emin Əmirullayev və Aparat rəhbəri Elmar Əliyev israrla bildiriblər ki, Məhbubə xanım öz ərizəsini yazıb, işdən çıxmalıdır. Yoxsa… Sözsüz ki, direktor buna razılıq verməyib. Deyib ki, bu liseyi mən yaratmışam, 38 ildir burda canımı qoymuşam. Onun “axı məni hansı əsasla işdən çıxarırsınız ki?” sualı da cavabsız qalmayıb.

“Biz əsas taparıq”, deyə liseyə yoxlama göndərilib.

Etibarlı mənbə onu da bildirir ki, baş vermiş hadisə Məhbubə Məmmədovanın səhhətində ciddi problemlər yaradıb, direktor dünən axşam saatlarında xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, artıq Nərimanov rayonunda yerləşən 5 məktəbdə də yoxlamalar aparılır. Və iddia olunur ki, həmin məktəb direktorlarından öz kürsülərində qalmaq üçün müxtəlif məbləğlər – 35 min manatdan 100 min manata qədər pul tələb olunub.

Son dəqiqədə aldığımız məlumata görə, o məktəblərdən artıq ikisinin – 43 və 200 saylı təhsil ocaqlarının direktorları işdən uzaqlaşdırılıb.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın