Çərşənbə axşamı , Yanvar 22 2019
Ana səhifə / Aktual / Zamirə Hacıyevanın 26 milyonluq evinin – Yeni fotoları

Zamirə Hacıyevanın 26 milyonluq evinin – Yeni fotoları

Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanın Londonda yaşadığı lüks evin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, daha əvvəl də açıqlandığı kimi, Londonun məşhur univermaqı “Harrods” mağazasının yaxınlığında yerləşən evə Hacıyeva 11.5 milyon funt (təxminən 26 milyon manat) ödəyib.

Hacıyeva, ümumilikdə Londonda iki daşınmaz əmlaka təxminən 50 milyon manat xərcləyib.

Qeyd edək ki, 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində ötən gün London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlıdır.

 



VIPedu.BIZ

Həmçinin oxuyun

“Prezident Mehman Hüseynovla bağlı tapşırıq verib” – Fuad Ələsgərov

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov …