Bazar ertəsi , Oktyabr 15 2018
Ana səhifə / Aktual / Yol polisi Xeyrəddin Qocaya cavab verdi – Protokol ləğv edilib

Yol polisi Xeyrəddin Qocaya cavab verdi – Protokol ləğv edilib

DİN Baş Dövlət Yol Polisi İdarəsi yazıçı Xeyrəddin Qocanın ittihamlarına cavab verib. X.Qoca bildirib ki, onun qızına səhv protokol göndərilib. Qızı minik maşını idarə etsə də, DYP ona “Kamaz”a aid elektron protokol göndərib.

BDYPİ-nin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Avtsfer.az-a bildirib ki, BDYPİ-nin Mərkəzi İnformasiya Sisteminin məlumatına əsasən, 27.06.2018-cı il tarixdə «Yol hərəkəti haqqında» Qanunun 50-ci maddəsində nəzərdə tutulmuş xətaya yol verilməsi xüsusi texniki vasitənin köməyi ilə aşkar edilib və qanunvericiklə müəyyən edilmiş qaydada MMX 7308883 nömrəli elektron protokol tərtib olunub. Elektron protokola baxış keçirilərkən texniki səbəbdən qayda pozuntusuna yol vermiş avtomobilin dövlət qeydiyyat nişanının son rəqəminin 6 əvəzinə 5 kimi qeydə alınması müəyyən edilib. Bununla bağlı BDYPİ-nin Mərkəzi İnformasiya Sistemindəki uyğunsuzluq aradan qaldırılaraq qayda pozuntusu törətmiş “Mercedes” markalı yük avtomobilinin sürücüsü barəsində müvafiq sənədləşmə aparılıb.

Bundan əlavə Rüfət Quliyev yol hərəkəti iştirakçıların nəzərinə çatdırıb ki, analoji uyğunsuzluqla rastlaştdıqları hallarda Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytına və ya “902 Qaynar Xətt” mərkəzinə müraciət etsinlər.

Həmçinin oxuyun

Villa sahibləri Badamdardan qaçır: Evləri gözətçilər qoruyur

2018-ci il oktyabr ayının 12-də gecə saatlarında Bakı şəhəri Səbail rayonu ərazisində – Badamdar şossesində …