Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Yol polisi reyd keçirdi: “Yığışdırmasan, kişi deyilsən” – FOTO/VİDEO

Yol polisi reyd keçirdi: “Yığışdırmasan, kişi deyilsən” – FOTO/VİDEO

Kürdəmir rayonunda avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirilib.
Azinforum.az  Report-a istinadən xəbər verir ki, ağır tonnajlı, iri qabaritli yük maşınlarının girişi qadağan olan yollarda hərəkət edən nəqliyyat vasitələrinin, qaydaları pozan və yaşayış məntəqələrinə yaxın olan ərazidə yüksək sürətlə hərəkət edən avtomobillərin sürücüləri yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Reyd zamanı ümumilikdə 50-yə yaxın avtomobilin sürücüləri barədə protokollar tərtib edilib və bəzi avtomobillərin istismarı dayandırılaraq müvəqqəti olaraq cərimə meydançasına yerləşdirilib.
Reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilə əlavə konstruksiya quraşdıran, ötmə əməliyyatını düzgün yerinə yetirməyən, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, avtomobilin nömrəsi çirklənərək görünməz hala düşən, “Saxla” əmrinə əməl etməyən və avtomobillərinə kustar üsulla hazırlanan pərdələrdən istifadə edən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq barələrində müxtəlif inzibati cəza tədbirləri görülüb.
Bilməyərək qaydaları pozan sürücülər isə yol polisi əməkdaşları tərəfindən maarifləndirilərək yola salınıb.
Reydlərin bu ilin sonunadək mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …