Ana səhifə / Aktual / “Yaşam Residence”: Ağaclar kəsilməyib, başqa əraziyə köçürülüb

“Yaşam Residence”: Ağaclar kəsilməyib, başqa əraziyə köçürülüb

Yaşam Residence” şirkəti Nəsimi rayonu, “MemarƏcəmi” metrostansiyasının yaxınlığında ağacların köçürülməsinə rəsmi münasibət bildirib.

Bu barədə müxbirimizə şirkətin icraçı direktoru Elşən Mahmudov məlumat verib

O bildirib ki, şirkətə aid tikinti işləri tamamilə qaydalara uyğun aparılıb:

“Nəsimi rayonu 20 yanvar küçəsi, 30 ünvanında şirkətimizə aid olan ərazidə tikinti işi başladılıb. Buərazi 2006-cı ildən etibarən şəxsi mülkiyyətimizə verilmiş torpaq sahəsidir. 

Bildirmək istəyirəm ki, mediada birtərəfli məlumatların yayılması əsassızdır. Tikinti aparılması üçün əvvəlcədən qanun çərçivəsində aidiyyəti qurumlara yazılı müraciət edilib, razılıq əldə olunub

Bütün sənədlər toplanılıb, müvafiq qurumlaragöndərilib. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilərək tikinti sahəsinə düşən ikiağacın köçürülməsi üçün müraciət edilib. Müraciət əsasında nazirliyin təşkil etdiyi ekspert qrupu əraziyə baxış keçirib

Daha sonra Nazirliyin çıxardığı qərar əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ərazidəki 2 ağacı qaydalarauyğun şəkildə başqa əraziyə köçürüblər”.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov açıqlamasında prosedurların tam qaydalara uyğun aparıldığını təsdiqləyib:

“Sözügedən ərazidən ağacların başqa əraziyə köçürülməsinin əks olunduğu görüntülər mətbuata təqdim olunub. Ərazidən iki ağacın – 1 ədəd zeytun, 1 ədəd şamın kəsilib, qalanları isə Motodrom kimitanınan ərazidə yerləşən tinglik sahəsinə köçürülüb”.

“Yaşıllıqların götürülməsi Qaydası” Nazirlər Kabinetitərəfindən 2016-cı ildə təsdiqlənib. Qaydalara görə, yaşıllıqların köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olantorpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir

Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və otbitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativs.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. Yaşıllıqların yerinindəyişdirilməsində (kökündən çıxarılmasında) aşağıdakı tələblər nəzərdə tutulur:

ağac və kolların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) onların kök sisteminin zədələnməməsi və yeni şəraitə uyğunlaşma qabiliyyətinin artırılması üçüngövdənin diametri 5 sm-ə qədər olan ağac və kolların torpaq topasının kvadratının diametriya tərəflərin ölçüləri 70 sm-dən az olmamalıdır. 
Gövdəsinin diametrinin hər bir santimetr böyüməsinə müvafiq olaraq torpaq topasının ölçüləri 10-13 smartırılmalıdır. Diametri 15 sm-dən böyük olan ağacların yeri dəyişdirilərkən (kökündən çıxarılarkən) torpaqtopasının ölçüləri 2,4×2,4×0,95 metr olmalıdır (ağac və kolların nisbi sükunət dövrlərində köçürülməsi zamanı onların kök ətrafı torpaq topası ilə birlikdə köçürülməsi zəruri deyildir);

vegetasiya dövründə yeri dəyişdirilən (kökündən çıxarılan) ağacların çətiri və kök sistemi boystimulyatorları ilə işlənməlidir;

sağlam, yaxşı inkişaf etmiş, böyük mexanikidonvurma zədələri, quru təpəsi olmayan, eyni zamandaçətirinin 10-15 faizindən çox sahəsi qurumamış ağacların yeri dəyişdirilə (kökündən çıxarıla) bilər;

iyun, iyulavqust aylarında və havanın temperaturu25-dən yuxarı olan vaxtlarda ağac və kolların yeridəyişdirilə (kökündən çıxarıla) bilməz;

–  qurumuş, təpəsi qurumuş, çürümə, nekroz-xərçəng xəstəliklərinin əlamətləri olan, təhlükəli zərərvericilərlə sirayətlənmiş, diametri 25 sm-dən və hündürlüyü 9 metrdən böyük olan və 4 metrhündürlüyə qədər budaqlanmayan ağacların yeridəyişdirilə (kökündən çıxarıla) bilməz;

ağac və kolların yeri dəyişdirilən (kökündən çıxarılan) zaman forma vermə, sanitar və cavanlaşdırma məqsədi ilə onlar budanmalıdır.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …