Ana səhifə / Aktual / Xatun Etibarqızı Seyyid İsaya qarşı məhkəmə iddiası qaldırıb

Xatun Etibarqızı Seyyid İsaya qarşı məhkəmə iddiası qaldırıb

Hedef14.org saytının əməkdaşı jurnalist Xatun Etibarqızı imzası ilə sosial şəbəkədə tanınan Gülxatun Ələkbərova bir neçə gün əvvəl özünün yaydığı məlumata görə İranın tanınmış dini lideri Xomneinin tərəfdarları tərəfindən döyülən gənc dini xadim, sosial şəbəkədə və xəbər saytlarında Seyyid İsa adı ilə tanınan Hənifəyev İsa Emin oğlunu məhkəməyə verib. Azerbaycanrealligi.com xəbər verir ki, məsələyə səbəb bir neçə gün ərzində hər iki tərəfin bir-birinin ünvanına facebook sosial şəbəkəsində ağır təhqirlər yağdırması olub. Belə ki, ilk paylaşım inanclı jurnalist Xatun Etibarqızı tərəfindən olmuşdur. O, Seyyid İsanın Sözçü.az saytına verdiyi açıqlamasını paylaşaraq onu “qaraj mollası” adlandırıb. Daha sonra gənc dini xadim özünə məxsus olan facebook profilində inanclı xanımın fotosunu paylaşaraq onun ünvanına ağır söyüşlər səsləndirib. Elə bundan sonra da xanım bu faktları özünə, şərəf və ləyaqətinə qarşı alçaldılma kimi qələmə verərək Yasamal Rayon Məhkəməsinə üz tutub. İş üzrə məhkəmə çəkişməsinin ilkin hazırlıq iclasına 14 dekabrda hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılacaq. Qeyd edək ki, hər iki şəxs dini inanclı təbəqəni təmsil edirlər.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …