Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / “Xəstəliyi qəfil üzə çıxdı” – Ailəsi Nigar İsmayılqızını dəfn etdi

“Xəstəliyi qəfil üzə çıxdı” – Ailəsi Nigar İsmayılqızını dəfn etdi

Xəbər verdiyimiz kimi leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən jurnalist-yazıçı Nigar İsmayılqızı vəfat edib.

 

Moderator.az xəbər verir ki, Modern.az saytı vaxtsız dünyasını dəyişən Nigar İsmayılqızının ailəsi ilə əlaqə saxlayıb.

 

“Nigar çox çalışqan, bacarıqlı qız idi. Onu vaxtsız itirdiyimizə görə çox üzülürük. Gənc yaşda o qədər arzuları var idi ki! Onun xəstəliyi də qəfil baş verdi. Türkiyəyə getmişdi. Ordan çox sevincli qayıtmışdı. Dişində problem yarandığı üçün həkimə müraciət etdi. Dişini çəkdirəndən sonra xəstəlik üzə çıxdı. Xərçəng qanında sürətlə irəliləməyə başladı. Heç bir tibbi müdaxilə də kömək etmədi. Qısa zamanda Nigarı  itirməli olduq”-deyə ailəsindən bildirilib.

 

Ailə üzvləri Nigarın bu gün dəfn edildiyini bildiriblər.

 

“Nigarı bu gün Sabunçu qəbiristanlığında dəfn etdik”.

Qeyd edək ki, ki, Nigar İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilmişdi.

Ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət edərək, N.İsmayılqızına dəstək kampaniyası başlatmışdılar. Nigar İsmayıl qızı İsmayılova 1984-cü il sentyabrın 13-də Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. AzTV, ATV və digər KİV-lərdə çalışıb. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da televiziya sahəsində işləyib.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …