Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Velosipedlə səyahətə çıxan italiyalı cütlük Azərbaycanda – Video

Velosipedlə səyahətə çıxan italiyalı cütlük Azərbaycanda – Video

İtaliyadan olan cütlük Makro Morani və həyat yoldaşı Amalia Siraqusa bir müddət əvvəl Asiyanı görmək arzusu ilə İtaliyadan yola çıxıblar.

“Qafqazinfo” “Xəzər TV”yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Bakıda olan cütlük bu gün Cəlilabaddan keçiblər.

Onlar azərbaycanlıların italyanlar kimi istiqanlı olduqlarını deyirlər. Turistlər yol boyu pula qənaət etmək üçün axşamlar çadır şəraitində qalmağa üstünlük verirlər. Lazım olan ərzaqları isə həm yol boyu vətəndaşlar verir, həm də marketlərdən alırlar.

Gün ərzində 70-80 km. yol qət edən Morani və Siraqusa Azərbaycandan keçməklə Asiya ölkələrini səyahət etmək fikrindədirlər.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …