Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Valideynləri erməni diversant Karen Kazaryana yemək və paltar göndəriblər – Azərbaycanın xoş məramı

Valideynləri erməni diversant Karen Kazaryana yemək və paltar göndəriblər – Azərbaycanın xoş məramı

Azərbaycan dövləti hərbi əsirlərə qarşı növbəti dəfə humanist addım nümayiş etdirib. Ermənistanın News.am saytı xəbər verir ki, ötən ilin İyul ayında Azərbaycan tərəfində terror aktı törətməyə cəhd edərkən Qazax rayonu istiqamətində Azərbaycan əsgərləri tərəfindən saxlanılmış Ermənistan ordusunun xüsusi təyinatlısı Karen Kazaryan Yeni İl qabağı valideynlərindən sovqat alıb. Berdavan yerli kənd sovetinin sədri Smbat Muqdusyanın məlumatına görə, Yeni il və xristianların Milad bayramı münasibəti ilə hərbi diversantın valideynləri Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə övladlarına qida məhsulları və geyim göndəriblər: “1 yanvar günü Kazaryan ailəsində oldum. Mənə dedilər ki, bayramlardan sonra həmkəndlilərlə birlikdə hökumətə qarşı etiraz aksiyasına çıxacaqlar. Kənd camaatı iqtidardan Karenin qaytarılması üçün konkret addımlar atmağı tələb edəcəklər”, – deyə kəndin rəhbəri bildirib.

Qeyd edək ki, qarşı tərəf israrla Karen Kazaryanın dinc kənd sakini olduğunu bildirsə də, adıçəkilən əsirin Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan tərəfinə keçərək, terror aktı törətməsi barədə tutarlı sübut və dəlillər mövcuddur. 1(100)-315/2018 saylı cinayət işi üzrə təqsirli bilinən Karen Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir-neçə maddəsi üzrə ittiham olunur və hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində onun üzərində məhkəmə prosesi davam etdirilir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …