Valideynlərini itirmiş və himayədən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında qanuna – DƏYİŞİKLİK

Bu gün Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunu təsdiq edib.
Mia.az bildirir ki, dəyişikliyə əsasən, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477; 2001, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 561, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2010, № 4, maddə 275; 2013, № 5, maddə 477; 2016, № 11, maddə 1765) 8-ci maddəsinin beşinci hissəsində aşağıdakı dəyişikliklər edilib:
1. birinci cümlə çıxarılsın.
2. ikinci cümlədə “bu müddət ərzində həmin kateqoriyadan olan şəxslərin” sözləri “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin” sözləri ilə əvəz edilsin.
Zdrave universal kremi zdrave forte