Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / “Ürəkləri kin, hiylə ilə doludur” – Ruhi

“Ürəkləri kin, hiylə ilə doludur” – Ruhi

“Bu paylaşım sizə yox, ürəyi xarab, zavallı insanlara aiddir. Hərdən elə şərhlərə rast gəlirəm ki… Deyirəm görəsən, bu mənim gözəl xalqımın nümayəndəsidir? Neçə ildir xoşagəlməz söhbətlərə, mənfi fikirlərə qulaq asmıram. Hər kəs məni sevmək məcburiyyətində deyil. Zövqlər müxtəlif, azaddır”.
Bu sözləri Ruhi Əliyeva sosial şəbəkədə yazıb.
Biznes leydi sosial şəbəkədə diplomlarının fotolarını paylaşaraq onu ittiham edənlərə cavab verib.
R. Əliyeva bildirib ki, Tovuz gəncləri ilə görüşdən sonra bu cür söz-söhbətlər yayılıb:
“Hər kəsin fikrinə hörmətlə yanaşıram. Lakin elə məsələlər var ki, onlar həqiqətə sığmır. Məni burada təhsilsizlikdə suçlayan bir neçə adam var. Yenə də diplomlarımın şəklini paylaşmaq istəməzdim. Qoyun haqqımda nahaq düşünən, yaxşılığın arxasında pislik axtaran, ürəyi çirkin insanlar iki ali təhsilə sahibləndiyimi, dövlət tərəfindən verilən diplomlarımı görsünlər.
Bu söhbət mənim Tovuz torpağından olan və hazırda ölkənin ən nüfuzlu universitetlərində təhsil alan tələbələrlə görüşümdən sonra yarandı. Mən onlarla elmdən və təhsildən danışmaq üçün yox, bayramlaşmaq, probleminə şərik çıxmaq və xoş dəqiqələr keçirmək üçün görüşdüm. Hiss etdim ki, bu görüş lazımdır.
Burada pis şeylər axtaranlar, xoş addımı mənfi yozanlar tapıldı. Mən ilk təhsilimi hələ ata evində, 1994-cü ildə Gəncədə Azərbaycan Texnologiya İnstitutuna daxil olmaqla almışam. Buranı bitirdikdən bir neçə il sonra, 2010-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Sənətşunaslıq fakültəsinə daxil olmuşam və oranı fərqləmə diplomu ilə bitirmişəm. Mən lazım olan zaman təhsil almışam. Oxumaq heç vaxt gec deyil. İnsan istədiyi yaşda tələbə ola bilər. Bəlkə 3-cü təhsilə də sahib oldum. Savadlı olmaq önəmlidir. İnsanlıq, mərhəmət, ədalət isə hər şeydən üstündür.
Ola bilər kiminsə savadı yoxdur, ancaq insanlığı çoxlarını utandırar. Bədbəxt o şəxslərə ki, neçə diplomu var, insanlıq yoxdur, ürəkləri kin, hiylə ilə doludur. Adamlıqdan uzaqsansa, təhsilin də heç kimə lazım deyil. Çünki o qəlblə insanlara yaxşı heç nə verə bilmərsən. Səndən yalnız pislik, paxıllıq və mənfi fikirlər gələr. Həyat gözəldi, qəlbiniz də gözəl olunca yalnız yaxşı şeylər görərsiniz. Özünüzü bu gözəllikdən məhrum etməyin”. (Moderator.az)
“...Ürəkləri kin, hiylə ilə doludur” -  Ruhi

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …

Bir cavab yazın