Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Türkiyəli iş adamı Azərbaycan prezidentindən kömək istədi… – FOTO

Türkiyəli iş adamı Azərbaycan prezidentindən kömək istədi… – FOTO

DİA.AZ: – Qardaş Türkiyənin “Piramidal LTD” şirkətinin rəhbəri, bir zamanlar Azərbaycanda böyük işlər görmüş iş adamı Fərrux Böyüksavaş Azərbaycan prezidenti İlham Əliyevə kömək üçün çüraciət edib.

Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətin mətnində müəllif Azərbaycana 2006-cı ildə gəldiyini və 2013-cü ilin sentyabr ayına qədər ölkəmizdə fəaliyyət göstərdiyini qeyd edir.

Türkiyəli iş adamı Azərbaycan prezidentindən kömək istədi...

Fərrux Böyüksavaşın İlham Əliyevə ünvanladığı müraciətində bildirilir:

“Cənab Prezident. Ölkənizdə olduğum müddətdə əlimdən gəldiyi qədər Azərbaycana faydalı olmağa çalışdım. Amma bu aman Azərbaycandakı bir qrup iş adamının Sizin yürütdüyünüz siyasətin fəlsəfəsinə yad olaraq, oyunbazlıqlarının, insanları aciz duruma salmalarının üzülərək şahidi oldum.

Onların hədəflərindən biri də mənəm ki, illərdir xəbərdarlıq etməmə baxmayaraq, hələ də haqqımı bərpa edə bilmirəm. Aşağıda təqdim etdiyim rəqəmlərdən də görürsünüz ki, təkcə iki qurumdan almalı olduğum məbləğ bu qədərdir: 1 milyon 181 min 705 dollar 87 sent və əlavə olaraq 22 min 924 avro 45 sentdir”.

Türkiyəli iş adamı Azərbaycan prezidentindən kömək istədi...

Qeyd edək ki, türkiyəli iş adamına bu vəsaiti “Zaqatala Olimpik MMC” və “Azərsənaye İnşaat MMC” şirkətləri börcludur ki, göstərilən məbləğin də böyük hissəsi ikinci şirkət tərəfindən borclanıb.

Müraciətinin sonunda Fərrux Böyüksavaş Azərbaycan prezidentindən haqqının bərpa olunmasında, borcunun qaytarılmasında ona yardımçı olmağı xahiş edir.

Türkiyəli iş adamı Azərbaycan prezidentindən kömək istədi...

Dia.az olaraq bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Mövzu diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq. Bizi izləyin…

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …