Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbə yoxa çıxıb

Türkiyədə təhsil alan 3 azərbaycanlı tələbə yoxa çıxıb

Türkiyənin paytaxtı Ankarada təhsil alan 3 azərbaycanlı tələbə yoxa çıxıb.
Artıq 15 günə yaxındır ki, Yıldırım Beyazit Universitetinin tələbəsi Sənan Güləhmədov, Ankara Unversitetində oxuyan Mobil adlı şəxs və Turqut Özal Universitetinin tələbəsi Məmmədhüseyn adlı gəncdən xəbər yoxdur.

Yerli hüquq-mühafizə orqanları, tələbələrin valideynləri, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları itən tələbələrin axtarışı ilə məşğuldur.

Türkiyədə təhsil alan tələbələrdən aldığımız məlumata görə, həmin gənclər solçu qanad sayılan, kürd partiyasını dəstəkləyən kommunistlərin dəstəyi ilə seçiliblər. Məlumata görə, həmin gənclərdən biri Sənan Güləhmədov ötən il Bakıda “1 May zəhmətkeşlərinə dəstək” şüarı altında keçirilən aksiyada həbs olunubmuş.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova ANS-ə bildirdi ki, səfirliyə yalnız bir nəfərin – Yıldırım Bəyazid Universitetinin tələbəsi Sənan Güləhmədovun itməsi barədə valideynləri tərəfindən müraciət daxil olub. Qalan iki nəfər barədə rəsmi məlumat yoxdur.
Nəcibə Nəsibova onu da əlavə etdi ki, onunla universitetdə olan tələbələr deyir ki, oturub-durduğu şəxslər kommunistlərə bağlı idi. Amma düşünülmür ki, partiya onun itməsinə səbəb olsun. Ciddi şəkildə axtarışlar gedir.
+90312 491 16 8182 83 79 – Faiq Bağırov
009055 35877582 – Etimad
009050 62004180 – Elnur səfirlik
009053 26126710 – Nəcibə səfirlik təhsil üzrə müşavir

 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın