Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Türkiyə prezidenti Fəxri xiyaban və Şəhdilər xiyabanını ziyarət edib – VİDEO

Türkiyə prezidenti Fəxri xiyaban və Şəhdilər xiyabanını ziyarət edib – VİDEO

Azərbaycana səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilk olaraq nümayəndə heyəti ilə birlikdə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

APA-nın xəbərinə görə, R.T.Ərdoğan daha sonra Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Ərdoğan Türk Şəhidliyini ziyarət edərkən “Bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycan-Türkiyə əlaqələrinin hər sahədə böyüməsi və inkişafı üçün əlimizdən gələni edəcəyik”, deyə bildirib.

Qeyd edək ki, bu, R.T.Ərdoğanın 24 iyun prezident seçkilərindən sonra xarici ölkəyə ilk rəsmi səfəridir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …