Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Aktual / “Türk şəhidliyi abidəsi saat 17:00-dan açıq olacaq” – Generaldan xəbərdarlıq

“Türk şəhidliyi abidəsi saat 17:00-dan açıq olacaq” – Generaldan xəbərdarlıq

Bakının işğaldan azad olunmasının 100 illik yubileyi ilə əlaqədar sabah paytaxtda mühüm dövlət tədbirləri keçiriləcək. 

Bakı şəhər baş polis idarəsinin rəis müavini, general-mayor Səhlab Bağırov “Qafqazinfo”ya açıqlamasında ictimaiyyətə xəbərdarlıq edib.

General bildirib ki, sentyabrın 15-də yubiley tədbirləri ilə əlaqədar Şəhidlər Xiyabanında Türk şəhidliyi abidəsi səhər saatlarından 17:00-a qədər bağlı olacaq:

“Əhalinin diqqətinə çatdırırıq ki, sözügedən abidəni ziyarət etmək istəyənlər yalnız bu saatdan sonra həmin əraziyə buraxılacaq. O vaxta qədər isə Türk şəhidliyi abidəsində mühüm dövlət tədbirlərinin keçirilməsi nəzərdə tutulub”.

 

Həmçinin oxuyun

“Onlar məktəbdə ancaq maaş davası edirlər…”

Ötən gün 67 saylı məktəbdə ikinci sinif şagirdinin yemək yeyən zaman boğularaq ölməsi valideynlər arasında …