Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Tovuzda müəllim “Son zəng” zamanı ölüb

Tovuzda müəllim “Son zəng” zamanı ölüb

Tovuzda “Son zəng” tədbirində ölüm hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən “Son zəng” tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə N. Ələkbərova ürək damar xəstəliyindən əziyyət çəkirmiş.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …