Cümə , Sentyabr 21 2018
Ana səhifə / Aktual / “Tibb Universitetini diskotekaya çevirək…” – Deputat ATU-nu topa tutdu

“Tibb Universitetini diskotekaya çevirək…” – Deputat ATU-nu topa tutdu

Millət vəkili Fazil Mustafa Tibb Universitetini sərt şəkildə tənqid edib.
Azinforum.az xəbər verir ki, deputat musavat.com-da canlı yayım vasitəsilə izləyicilərin suallarını cavablandırarkən Tibb Universitetini diskotekaya çevirməyi təklif edib:
“Biz bu məsələni dəfələrlə qaldırırıq ki, niyə əhalimiz xaricə – İrana, Türkiyəyə, İsrailə getməlidir, niyə xaricdə müalicə olunmalıdır?
Hətta mən bu yaxınlarda Milli Məclisdə məsələ qaldırdım ki, gəlin Tibb Universitetini diskotekaya çevirək. Çünki 1200 nəfər rezidenturaya sənəd verən tələbənin 500-ü kəsilərək 40 baldan az nəticə göstərib. Bir universitet ki, 500 nəfər rezidenturaya ixtisaslı həkim yetişdirə bilmirsə, bu universiteti niyə açırsınız?
Çağırın, xaricdən gəlsinlər, normal bir tibb sistemi quraq, mütəxəsislər yetişdirək ki, vətəndaşı sağalda bilsinlər, öldürməsinlər”.

Həmçinin oxuyun

Etimad İsmayılovun cənazəsi bu axşam Bakıya gətirilir

Ötən gün İstanbulda qətlə yetirilən Etimad İsmayılovun cənazəsi bu gün axşam Bakıya gətiriləcək. Mərhumun cənazəsi …