Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Tanınmışlarımızın telefon seçimi: Türkiyədəki boykota qoşulacaqlar?

Tanınmışlarımızın telefon seçimi: Türkiyədəki boykota qoşulacaqlar?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət öncə Amerikadan idxal etdikləri elektronika məhsullarının və “iPhone” markalı  telefonların boykot edilməsi ilə bağlı çağırış edib. O, xalqı ABŞ-dan olan elektron cihazlara üstünlük verməməyэ çağırıb:

“Mağazaları bağlamaq üçün heç bir əsas yoxdur. İxrac, ixrac, ixrac. İstehsalı dayandırmaqla çox yanlış etmiş olarıq. Yola davam edirik. Daha çox iş yeri açacağıq və daha çox tər tökəcəyik. Xaricdən aldığımız malında daha yaxşısını, daha keyfiyyətlisini istehsal edib xaricə satacağıq. Biz Amerikanın elektron məhsullarını boykot edəcəyik. Onalrın “iPhone” varsa, digər tərəfdə “Samsung” var. Öz ölkəmdə “Venus Vestel” var. Onları tətbiq edəcəyik”.

Prezidentin boykot  təklifindən sonra insanlar öz elektronik əşyalarını, xüsusilə, “Apple” markalı telefonlarını sındırıb. Sözügedən hadisədən sonra qardaş ölkədə müxtəlif markalı telefonlar sürətlə bahalaşmağa başlayıb.

Bəs , azərbaycanlı tanınmışlar hansı markalı telefondan istifadə edir? Telefon seçərkən hansı xüsusiyyətlərə diqqət edirlər?

Musavat.com mövzu ilə əlaqədar sorğu keçirib və azərbaycanlı tanınmışların fikirlərini öyrənib.

Millət vəkili Adil Əliyev ile ilgili görsel sonucu

Millət vəkili Adil Əliyev telefonunun markasını dəyişəcəyini bildirib: “İnşallah mən də “Samsung” markalı telefona keçmək fikrindəyəm. Məzuniyyətdən qayıdandan sonra inşallahbu istəyimi reallaşdıracağam. O ki qaldı, “Apple” telefonlarının sındırılmasına, deyərdim ki, bu ağılsızlıqdır”.

Aqil Ələsgər ile ilgili görsel sonucu

Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər bildirib ki, İOS standartlarında türk malı istehsal olunarsa, “İphone”ni türk malına dəyişər: 

“Əslində, telefonu almamaq lazımdır, aldıqdan sonra istər sındır, istərsə də, üstünə qırmızı lent as, onun satıcı üçün heç bir önəmi yoxdur. Mən 2013-cü ildə “İphone” istifadəçisiyəm və ən başlıcası, telefonun donmaması, lazım olan zaman fotoaparat və ya kamera kimi istifadə etmək xüsusiyyətlərinə diqqət edirəm. Təbii ki, İOS standartlarında türk malı istehsal olunarsa, mən böyük məmnuniyyətlə, “İphone”ni türk malına dəyişərəm”.

Tural Abbaslı ile ilgili görsel sonucu

Ağ Partiyanın rəhbəri Tural Abbaslı “Apple” markalı telefon istifadə etmir:

“Əvvəla onu qeyd edim ki, Türkiyədə dediyiniz bu hadisələr xalqla hakimiyyətinin nə qədər iç-içə və birlik olduğunun əyani göstəricilərindəndir. Düzdür, Amerikan istehsalı olan elektrotexnikaya boykot elan etmək ayrı, artıq alınmış texnikanı məhv etmək ayrı. Bu daha çox insanların emosional reaksiyasıdır. Mənim özümə gəldikdə isə mən “Apple” markalı telefon istifadə etmirəm. Hazırda, “Samsung” markalı S7 smartfon işlədirəm. Adətən texnika alanda markadan daha çox keyfiyyət və qiymət amilinə fikir verirəm. Yəni məhsulun reklamına deyil, keyfiyyətini və funksiyalarının çoxluğunu əsas götürürəm. Hazırda bazarda Çin istehsalı olan çox keyfiyyətli və uyğun qiymətli smartfonlar da var. Yəqin ki, yeni telefon almaq məcburiyyətində qalsam, onlara üstünlük verəcəyəm”.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …