Ana səhifə / Aktual / Tahir Kərimli: “Məni nə günə qoydular”

Tahir Kərimli: “Məni nə günə qoydular”

Deputat Tahir Kərimli Milli Məclisdə çıxış edərək Aparat işçilərinin mənzilə ehtiyacının olduğunu dedi. O, hökumətdən xahiş etdi ki, Milli Məclisin işçilərinə mənzil tikilməsi üçün əlavə vəsait ayrılsın. T.Kərimli deputatlara ayrılan müavinətlərin artırılmasını təklf etdi. Həmçinin deputat parlament televiziyasının olmamasını qüsur sayaraq dedi ki, televiziyanın açılmasına böyük ehtiyac var: “Bu, seçicilərin öz deputatlarını nəzərdə saxlamasına da imkan verərdi”.

T.Kərimli dedi ki, parlamentə akkreditə olunmuş jurnalistlərin potensialından istifadə etmək mümkündür: “Çox təəssüf ki, bizim dövlət tərəfindən maliyyələşən televiziyalarda bizə efir vaxtı ayrılmır. Parlament televiziyası olsa, bizim sözümüz təhrif olunmaz. Elə mənim başıma gələnləri xatırlatmaq istəyirəm. Himnlə bağlı mənim çıxışımı təhrif etdilər, sağ olsun Fəzail müəllim, Siyavuş müəllim, obyektiv mövqedən çıxış etdilər. Amma bəzi qüvvələr mənim əleyhimə təbliğat apardı. Məni nə günə qoydular. Sabah mən nə üzlə gedib Ağsuda görüşlər keçirəcəyəm? Parlament televiziyamız olsa, öz sözümüzü deyərik, hər hansı təhrif də olmaz, belə vəziyyət yaranmaz. Hər kəs mənim vəziyyətimə düşə bilər”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …