Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Şuşada lal-kar dili dərsləri keçiriləcək… – Haqq səsimizi eşitməyən həmsədrlərin xəbəri var, görəsən?..

Şuşada lal-kar dili dərsləri keçiriləcək… – Haqq səsimizi eşitməyən həmsədrlərin xəbəri var, görəsən?..

Oktyabrın 10-da saat 4-də Azərbaycanın işğal altındakı Şuşa şəhərində eşitmə və nitq problemi olanlarla ünsiyyət qurmaq üçün  jestlər dili dərsi keçiriləcək.
Moderator.azxəbər verir ki, separatçı erməni nəşrlərinin yazdığına görə, pulsuz keçirilən dərslər  “Narekatsi”   incəsənət birliyi tərəfindən təşkil edilib.  Kurslarda həm lal-karlar, həm də arzu edən digər ermənilər də iştirak edə bilər. Kurslar mütəmadi keçiriləcək.
P.S. 26 ildir ki, BMT, AŞ kimi, ATƏT-in  Minsk qrupunun ABŞ, Rusiya, Fransadan olan həmsədrləri  də Azərbaycanın haqq səsini eşitmir, gerçəyi demək lazım gələndə lal olur: Qarabağın Azərbaycan torpağı olduğunu birbaşa etiraf etmir,   Ermənistanı təzavüzkar adlandırırlar. Odur ki, onların da lal-kar dili dərsləri keçməyə ehtiyacı var…

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …