Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Aktual / Sürücülərin NƏZƏRİNƏ: bu prospektdə hərəkət məhdudlaşdırılır

Sürücülərin NƏZƏRİNƏ: bu prospektdə hərəkət məhdudlaşdırılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarına qədər Bakının Azadlıq meydanında – Neftçilər prospektində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən “Report”a verilən məlumata görə, bu məqsədlə sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Bəzi deputatlara xəbərdarlıq edirik, amma nəticəsi olmur” – Oqtay Əsədov

“Buradan hər kəsi yaxşı görürəm. Plenar iclas keçirilən günün birinci yarısında burada olanların 30 faizi …