Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Sumqayıtda “Bu şəhərdə”yə qadağa: Meriya izn vermədi!

Sumqayıtda “Bu şəhərdə”yə qadağa: Meriya izn vermədi!

“Bu şəhərdə” komandasına Sumqayıt şəhərində konsert təşkil etməyə icazə verilməyib.
Kult.az xəbər verir ki, bu barədə “Bu şəhərdə” komandasının bədii rəhbəri Müşfiq Abbasov məlumat yayıb. O bildirib ki, konsert üçün Sumqayıt İH-yə müraciət ediblər.
“Mart ayında konsertlərimizin keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə (Zakir Fərəcova və onun müavini Teymur Səmədova) iki məktub ünvanlamışıq, nəticədə bizə məlum olmayan səbəbdən Sumqayıtda “Bu şəhərdə”nin konsertlərinin keçirilməsinə icazə verilmədi. “Bu şəhərdə” Sizin şəhərdə olmayacaq”, – deyə M.Abbasov sumqayıtlılara müraciətində qeyd edib.
Qeyd edək ki, “Bu şəhərdə”nin Bakı ilə yanaşı, Naxçıvan və Sumqayıtda da konsert verməsi ənənə halını almışdı. Hətta yeni konsert proqramı bir neçə dəfə Sumqayıtdan start götürmüşdü.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …