Çərşənbə , Yanvar 16 2019
Ana səhifə / Aktual / “SOCAR-da ciddi maliyyə pozuntuları var” – Hüquq müdafiəçisindən AÇIQLAMA

“SOCAR-da ciddi maliyyə pozuntuları var” – Hüquq müdafiəçisindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyi SOCAR-da  uçotun tələblərinə riayət edilməsinə dair yoxlamalara başlayıb. Məlumata əsasən, yoxlamalar şirkətin baş ofisi və idarələrində aparılır. Yoxlamalar vasitəsilə son 5 il ərzində şirkətin maliyyə hesabatlarının tələblərinə nə dərəcədə düzgün riayət olunub-olunmadığı araşdırılır.

Unikal.org xəbər verir ki, Azərbaycanın ən böyük vergi ödəyicisi olan şirkətdə yoxlamalar aparmasına hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı münasibət bildirib.

Diqqətə çatdırıb ki, SOCAR-ın maliyyə hesabatları ilə bağlı kifayət qədər pozuntular var:

“Audit yoxlamalrını uzun illərdir eyni şirkət aparır. Hər bir dövlət qurumunda olduğu kimi SOCAR-da da yoxlamalar aparıla bilər. Vergilər Nazirliyi ilə bərabər Hesablama Palatası da yoxlamalar aparsaydı çox yaxşı olardı. Bunları müqayisə edilə bilər və əsl rəqəmlər aşkar olunardı. SOCAR-ı hər yerdə görmək olar. SOCAR çoxlu müxtəlif MMC-lər yaradıb, böyük məbləğdə sosial ödənişlər edir. Kimlərisə xarici ölkələrə bahalı müalicələrə aparır. Hesabatda kifayət qədər müəmmalı məsələlər var. Həmçinin SOCAR-da ekoloji məsələlər, əmək məcəlləsi ilə bağlı pozuntular, sosial ödənişlərlə bağlı çoxlu sayda problemlər var”.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Bank of Baku”da yeni təyinat olub

«Bank of Baku»da yeni təyinat olub. Amid Qənbərov bankın partnyorlarla iş və alternativ satış departamentinə …