Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Sabiq millət vəkili Saleh Məmmədovu ittiham etdi: – “Millətə niyə bu qədər nifrət edirsən?”

Sabiq millət vəkili Saleh Məmmədovu ittiham etdi: – “Millətə niyə bu qədər nifrət edirsən?”

Sabiq millət vəkili, tanınmış jurnalist Etibar Hüseynov Bakı-Sumqayıt yolunda başlanılan təmir işlərinə etiraz edib.

AzToday.az xəbər verir ki, Etibar Hüseynov sosial şəbəkədə yazdığı statusda ölkədə yüzlərlə yolu bərbad olan kənd və qəsəbənin olduğu halda Bakı-Sumqayıt magistralının yenidən təmir edilməsinin anlaşılan olmadığını qeyd edib.

Tanınmış jurnalistin statusunu olduğu kimi təqdim edirik:

“Bakı-Sumqayıt yolunun qaşıyıb- asfaltlamağın heç yeri, heç vaxtı idi? Gül kimi yol idi də. Bu ölkədə yüzlərlə yolu bərbad kend, qəsəsbə var e, ay cənab Saleh Məmmədov (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri – red.)! Sən bu dövlətə, bu millətə niyə bu qədər qənim kəsilib, niyə bu qədər nifrət edirsən?..”

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …