Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Şəhriyar Məmmədyarov dünyanın 3-cü şahmatçısı oldu

Şəhriyar Məmmədyarov dünyanın 3-cü şahmatçısı oldu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) şahmatçıların növbəti reytinq cədvəlini açıqlayıb.

Virtualaz.org-un məlumatına görə, qrossmeyterimiz Şəhriyar Məmmədyarov yeni reytinq cədvəlində 3-cü sırada qərarlaşıb.

Bu, Azərbaycan şahmatında ilkdir. Belə ki, ilk dəfə azərbaycanlı şahmatçı FİDE-nin reytinq sıyasında bu pilləyə yüksəlib. Ş.Məmmədyarovun hesabında 2799 reytinq xalı var.

Reytinq cədvəlinə norveçli Maqnus Karlsen (2837) başçılıq edir, Levon Aronyan (2805) 2-ci yerdədir.

Xatırladaq ki, oktyabrın nəticələrinə görə, Şəhriyar 4-cü mövqeni tuturdu.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …