Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Aktual / “Səni deyirlər” aksiyasını başladan iranlı qız həbs olundu – FOTO + VİDEO

“Səni deyirlər” aksiyasını başladan iranlı qız həbs olundu – FOTO + VİDEO

Son günlər Cənubi Azərbaycanda Urmiya gölünün qurudulmasına etiraz olaraq trendə çevrilən “Səni deyirlər” mahnısını ilk dəfə başıaçıq oynayaraq paylaşan Zəhra adlı qız saxlanılıb.
Azinforum.az  xəbər verir ki, bu haqq da Qaynarinfo-ya Təbrizdəki mənbələr məlumat verib. Ona hansı cəza verilməsi ilə bağlı hələlik məlumat yoxdur.
Məlumat üçün bildirək ki, aksiya onun rəqsindən sonra başlamışdı.
Qeyd edək ki, sosial şəbəkələrdə  #senideyirler həştəqi ilə artıq yüzlərlə video paylaşılıb. İnsanlar adıkeçən mahnıya rəqs edərək həmrəyliyini bildirir və videolarını paylaşırlar. Mövzu artıq dünyanın aparıcı medialarının da diqqətini çəkib.
Sevindirici haldır ki, Azərbaycan Respublikasından da bu aksiyaya qoşulanların sayı durmadan artır.

Həmçinin oxuyun

Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin olub

Təhsil Nazirliyində yeni kadr təyinatı olub “Report”un əldə etdiyi məlumata görə, təhsil naziri Ceyhun Bayramovun …