“Səhiyyə naziri cənab prezidentə səhv məlumat vermək istəyirdi” — Deputatdan ŞOK AÇIQLAMALAR

Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı Elman Məmmədov ötən gün prezident İlham Əliyevin ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirdiyi müşavirədə səsləndirdiyi iradlara münasibət bildirib.
Deputat “Ölkə.Az”a açıqlamasında deyib ki, heç bir ölkə qəzadan sığortalanmayıb, qəza hər bir ölkədə baş verə bilər:

“Ancaq bu qəzanın əsas səbəbini havaların isti keçməsi ilə bəhanə etmək doğru deyil. Dünən keçirdiyi müşavirədə cənab prezident çox haqlı olaraq dedi ki, havaların isti keçməsi və sairə bu cür bəhanələr cəfəngiyyatdır.

Mingəçevirdə baş vermiş qəza bir gündə yaranan problemin nəticəsi deyildi. Müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da məruzə ilə çıxış etdi. O da bir neçə məqama toxunaraq bildirdi ki, illərlə üst-üstə yığılıb qalan problemlər nəticəsində qəza baş verib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dedi ki, biz bir neçə dəfə rəsmi xəbərdarlıq etmişik, ancaq buna əməl olunmayıb. Bütün bunlara görə də hesab edirəm ki, həm Enerketika Nazirliyində, həm də “Azərenerji” ASC-də cənab prezident tərəfindən yaradılan Komissiya çox ciddi araşdırmalar aparacaq”.

E.Məmmədov qeyd edib ki, Mingəçevirdə baş verən qəza dövlətimizin təhlükəsizliyinə xələl gətirib, vətəndaşlarımızın çox ciddi narazılığına səbəb olub:
“Ona görə bu vəzifəli şəxslər cəzalandırılmalıdır. Dünənki müşavirədə səhiyyə naziri Oqtay Şirəliyev cənab prezidentə səhv məlumat da vermək istəyirdi. Yalandan bildirib ki, guya bütün xəstəxanalarda generatorlar quraşdırılıb və sairə. Ancaq cənab prezident onun sözünü kəsərək bildirdi ki, elə deyil, məndə dəqiq məlumat var.
Xəstəxanalar və metro stansiyaları çox strateji obyektlərdir. Nə üçün indiyədək bu obyektlərdə generatorlar quraşdırılmayıb?

Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Bakı Nəqliyyat Agentliyinin operativ fəaliyyəti nəticəsində qəzadan çox az zərərlə çıxdıq. Polis olmasaydı, asayiş təmin oluna bilməzdi, Bakı Nəqliyyat Agentliyi olmasaydı, metroda qalan insanlar daşına bilməzdi.

Hesab edirəm ki, bu qəzadan ümumi nəticə çıxarıldı və hər kəs öz payını götürdü. Cənab prezidentin də dediyi kimi, günahklarlar öz cəzasını alacaq”.

Zdrave universal kremi zdrave forte