Bazar , Sentyabr 23 2018
Ana səhifə / Aktual / Rza Zərrab restoranda göründü, yanında iki qadınla…

Rza Zərrab restoranda göründü, yanında iki qadınla…

“Halkbank” işində şahidlərdən biri – İran əsilli azərbaycanlı iş adamı Rza Zərrab iki qadınla birgə Nyu-Yorkun məşhur restoranlarından olan “Nobu”da görünüb.

Virtualaz.org Türkiyə KİV-inə istinadən xəbər verir ki, onun restoranda çəkilmiş şəklini “Vətən” qəzeti maşetində yerləşdirib.

Mənbə yazır ki, iki qadınla məşhur Hollivud ulduzu Robert de Nironun sahibi olduğu Manhetten SOHO-da yerləşən suşi restoranına gələn R.Zərrab ağ şərab içib və telefonla məşğul olub. Türk müştəri tərəfindən şəkli çəkiləndən sonra onun həmin qadınlarla birgə restorandan çıxdığı bildirilir. Mühafizəçisi olduğu ehtimal edilən iki nəfər də ondan sonra restoranı tərk ediblər.

Vəkil Kortan Toyqar qalmaqalla bağlı şərh verərkən bunları bildirib: “Zərrabın Nyu-Yorkda restorana getməsi şahidin təhlükəsizlik məsələsi baxımından doğru deyil. Onun həyatını gizli şəkildə davam etdirməsi lazımdır. Yanında mühafizənin olması da vacibdir”.

Qeyd edək ki, “Halkbank” İdarə Heyətinin keçmiş sədr müavini Hakan Atillanın Nyu-Yorkda həbsindən sonra Zərrab şahid qismində onun əlayhinə ifadə vermişdi. Bundan sonra onun üçün ayrılmış və ünvanı gizli saxlanılan xüsusi evdə mühafizə altında saxlanıldığı, hətta adının dəyişdirildiyi deyilirdi. Tanınmış iş adamı məhkəməsində 2016-cı ildə Federal Təhqiqat Bürosuna (FTB) ilk ifadəsində səmimi olmadığını etiraf etmişdi: “Nə ilə qarşı-qarşıya olduğumu bilmirdim. Uzun bir səfərdən sonra həbs olundum və şoka girmişdim. Doğru cavablar verməmişdim. Çox qorxmuşdum. ABŞ hökuməti mənə heç bir əfv söz verməyib. Cəzama hakim qərar verəcək. Oteldə qalmıram. Bu iddialar əsassızdır. Hərəkət azadlığım yoxdur. FTB-nın nəzarətindəyəm. Həbsxanada nəzarətçiyə içki və telefonla danışmaq üçün rüşvət verdiyim isə doğrudur”.

Xatırladaq ki, tanınmış müğənni Ebru Gündeşlə evli olan Rza Zərrabın barəsində 2014-cü ildən araşdırmalara başlanıb və 2016-cı ildə ailəsi birlikdə ABŞ-a gedərkən saxlanılmışdı. O, əvvəlcə ona qarşı irəli sürülən 6 ittihamı qəbul etməsə də, daha sonra nəzərdə tutulan 135 illik cəzasının azaldılması üçün həm ittihamları qəbul etmiş, həm də “Halkbank”ın keçmiş direktor köməkçisi Mehmet Hakan Atilla əleyhinə ifadə vermişdi.

Həmçinin oxuyun

Ölünü məhkəməyə çağırdılar, intəhası dirilib gələ bilmədi – Azərbaycanda

Xəzər rayon Məhkəməsi 4 il bundan əvvəl dünyasını dəyişmiş Əmirov Əhmədağa Əmirhüseyn oğlunu (20.09.1935 -02.07.2014) …